Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi - Bunu etməyin!
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən minval.info-ya verilən məlumata görə, DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.
Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, “Təhlükəsiz şəhər” kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!
Bazarlarda sanitar böhran: Təhlükəsizlik təhdid altında
Xankəndidə əmək yarmarkası: 200 vakansiya təqdim edilir