Damlanı verilişinə çağırdığına görə tənqid edildi – Foto
Müğənni və aparıcı Murad Arifin “MTV Azərbaycan”da və “Youtube” kanalında yayımlanan “Popumuz var” adlı verilişinin budəfəki buraxılışı böyük müzakirələrlə yadda qalıb.
Oxu.Az xəbər verir ki, buna proqramda Damlanın qonaq olması səbəb olub.
Belə ki, sosial şəbəkə izləyiciləri Muradı tənqid edərək, Damlanın qonaq kimi dəvət edilməsini qəbul etməyiblər.
“Fərqli insanları, TV-lərə çıxışı olmayan, cəmiyyətdə tanınan insanları çağırsanız, daha yaxşı olar”, “Damlanı qonaq çağırana kimi bu veriliş əla gedirdi”, – deyə izləyicilər yazıblar.

Onların arasında Murad Arifə haqq qazandıranlar da tapılıb:
“Əslində, “Damlanı niyə dəvət etmisiniz” sualını verənlər gizli-gizli Damlaya qulaq asanlardı. Çox sağ olun, Murad bəy”.
Murad Arif isə izləyicilərə elə “Youtube” səhifəsində cavab yazıb.
“Mən təxmin edirəm ki, siz daha yaxşı veriliş apara, daha mənalı suallar ünvanlaya, daha maraqlı qonaqlar çağıra bilərsiz. Ümumiyyətlə, “krassavçik”siniz… Üzrlü sayın, amma bu veriliş necə olmalı idisə, elə də alınır”, – deyə Murad fikirlərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!