Ədalət Şükürovu ölkəni tərk etməyə məcbur ediblər - 18 illik sirr açıldı
Əməkdar artist Ədalət Şükürov illər öncə Azərbaycanı tərk etmək istədiyini bildirib.
Yenicag.az-a danışan müğənni 18 ildən sonra özü ilə bağlı maraqlı bir faktı açıqlayıb:
“2000-ci illərdə Azərbaycana gələndə məni heç də xoş qarşılamadılar. Yolumu kəsdilər, sənətimə mane olmaq istədilər. Çox çətin bir vəziyyətə düşdüm. Həttə iş o həddə çatdı ki, “şələ-küləmi” yığışdırıb, birdəfəlik Azərbaycandan getməyə qərar verdim. Sonradan oturub fikirləşdim ki, çıxıb getsəm, “qorxub qaçdı” deyəcəklər. Tanıyanlar bilir ki, mən həyatım boyu heç nədən qorxan oğul olmamışam. Buna görə də qalıb mübarizə apardım. Bu gün də hamı ilə çox normal münasibətlərim var. Hər kəslə baryer saxlayıram və heç vaxt imkan verməmişəm ki, kimsə mənə qarşı hörmətsizlik etsin”.
Əməkdar artist həmin adamları bağışlasa da, baş verənləri heç vaxt unutmayacağını bildirib:
“Bağışlamaq böyüklükdür. Hər adam bağışlamağı, üzr istəməyi bacarmır. Elə şeylər var ki, mən də bağışlayıram, amma heç nəyi unutmuram. Amma elə adamlar da var, onları heç vaxt bağışlamaq olmur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!