Daha 5 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.
Qol.az xəbər verir ki, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verəcək. Artıq yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.
60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi poşalı David Andrey Ersetiç olacaq.
67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 finalmərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gələcək.
72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verəcək Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirəcək.
82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.
Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. Güləşçimiz bu mərhələdə Artur Şahinyan (Ermənistan) / Pontus Yohan Lund (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı