Daban çatlarını aparan pilinq RESEPTİ
Gün ərzində ayaqqabının içində qalmaqdan çatlayan dabanlar əksəriyyətimizi narahat edir. Bunun üçün ən yaxşı çarə isə pilinq etməkdir. Minval.İnfo ailem.az-a istinadən evdə təbii yolla hazırlayacağınız pilinqlərin reseptini verir.
Qəhvəyi şəkər pilinqi
Lazım olanlar:
1 ədəd limon
2 yemək qaşığı qəhvəyi şəkər
1 çay qaşığı badam yağı
Hazırlanması və tətbiqi:
Bütün ləvazimatları qarışdırın və 5 dəqiqə saxlayın. Bu əsnada ayaqlarınızı ilıq su ilə yuyun və qurulayın. Qarışımı ayaqlarınıza masaj edərək sürtün. 10 dəqiqə saxlayın. Ardından soyuq su ilə durulayın. Bu qarışımı həftədə 2 dəfə tətbiq edin.
Nanə pilinqi
Lazım olanlar:
Yarım yaşıl limon
2 yemək qaşığı şəkər tozu
15 ədəd nanə yarpağı (doğranmış)
1 yemək qaşığı badam yağı
Hazırlanması və tətbiqi:
Bütün ləvazimatları mətbəx robotunda qarışdırın. Qarışımı bütün ayaqlarınıza masaj edərək sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə durulayın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq