Dərslərin başlanma tarixi dəyişir? – Təhsil ekspertindən açıqlama
Yeni tədris ilinin başlanma tarixi ilə bağlı müzakirələr yenidən gündəmdədir. Son illərdə Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.
Minval.info xəbər verir ki, bu mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. O, hər tədris ili ərəfəsində bu məsələnin gündəmə gəldiyini, lakin konkret qərarın hələ də qəbul edilmədiyini bildirib.
Ekspertin fikrincə, dərslərin sentyabrın 15-dən 1-nə keçirilməsi yalnız tarixin dəyişməsi deyil, tədris prosesində struktur dəyişikliklərini də tələb edir. Buna görə də, bu il üçün belə bir dəyişiklik real görünmür.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Agentlik, yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr üzərindən yoxlamağı tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?