“Dərmandan zəhərlənib, komaya düşdüm” - Roza
Müğənni Roza Zərgərli haqqında çıxan “xəstəxanalıq oldu” xəbərlərinə münasibət bildirib.
Sənətçi Axşam.az-a açıqlamasında komaya düşdüyünü etiraf edib:
“Zəhərlənmişdim. İki gün xəstəxanada yatdım. Mediaya çıxmasını istəmirdim. Hazırda müalicə alıram. Bilirsiniz ki, uzun müddətdir ayağımda ağrılar var. Onları azaltmaq üçün ağrıkəsici həblər qəbul edirdim. Bu il Heydər Əliyev Sarayında səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. İş rejimim çox ağırdır deyə, dərmandan çox istifadə edirəm. Sən demə, o qədər istifadə etmişəm ki, artıq əks-təsir verməyə başlayıb. Dəri zəhərlənməsi verdi, bədənimdə suluqlar əmələ gəldi. Düşünmədim ki, bu, dərmandan irəli gələr. Üç gün ard-arda dərmanı içdim. Məni komaya saldı”.

R.Zərgərli əməliyyata ağrılar səbəbindən yox, estetik görüntü üçün baş vuracağını iddia edənlərə də cavab verib:
“Məndə heç vaxt dəyişiklik olmayıb, olmayacaq. Etsəm, bir müddət sonra yalnız üzümə estetik müdaxilələr etdirərəm. Zamanında qaş tatuajına pis baxmışam, amma məndə də olub. Sonradan peşman olmuşam ki, bunu niyə etmişəm? Əməliyyatımın sağlamlıq üçün ediləcəyinə inanmayan adamlar düşük insanlardır. Ağılları da özləri kimi işləyir. Liposaksiya əməliyyatı etdirmişəm, onu da demişəm. Onu da ayağımda yaranan problemlər ucbatından keçirdim. Çəkim ağır olurdu, yeriyə bilmirdim. Narahat olurdum”.
İfaçı omba əməliyyatı etdirən məşhurlardan da söz açıb:
“Kim omba əməliyyatı etdirir, etdirsin, deməli, onlarda yoxdur ki, buna rəvac görürlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!