Dərbəndin azərbaycanlı icra başçısı yenə həbs olundu
Dağıstanın Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilov iki sutkalıq həbs olunub.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, o artıq xüsusi reyslə Moskvaya aparılıb. Cəlilov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə ittiham olunur və 3 fakt üzrə şübhəli bilinir.
İstintaq materiallarına əsasən, Məhəmməd Cəlilov 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Qafqaz” federal yolunda yerləşən ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini qanunsuz olaraq qohumlarına verib. Torpaqların bazar dəyəri isə ümumilikdə 20 milyon rubladək qiymətləndirilir.
Cəlilovun həm yaşadığı ünvanda, həm də Dərbənd rayonunun administrasiyasında axtarışlar aparılıb.
Xatırladaq ki, Cəliləv ötən ilin martında da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin qanunsuz mənimsənilməsi ittihamı ilə həbs olunub. 8 ay ev dustağı olan icra başçısının əməllərində cinayət tərkibi tapılmadığından ona qarşı ittihamlar aradan götürülüb və yenidən vəzifəsinə qayıdıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı