Dəhşətli qəzada ölən 16 yaşlı Kamran müğənninin oğlu imiş - FOTO
Hacıqabulda baş vermiş dəhşətli qəzada ölən şəxs müğənninin oğlu imiş.
Bakı-Qazax yolunun Hacıqabul rayonu istiqamətində baş verən dəhşətli qəzada ölən 16 yaşlı Kamran Qasımov müğənni İlham Qasımovun oğlu imiş.
Musavat.com xəbər verir ki, bu haqda Hacı Nuran sosial şəbəkədə yazıb. Bir çox sənət adamı da ifaçıya başsağlığı verib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, hadisə oktyabrın 24-də saat 13 radələrində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı “Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Qəzaya yüksək sürət səbəb olub. İlkin Əliyevin Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsi olması barədə xəbərlər yayılıb. Belə ki, İ.Əliyevin Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğlu olduğu bildirilib.
Əli Həsənov isə musavat.com-a açıqlamasında İlkin Əliyev ilə qohumluğu olmadığını deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda