Dəhşətli qəzada dünyasını dəyişən Gülgün "Asan viza"nın əməkdaşı imiş
Ötən gün Bakıda avtomobilin vurması nəticəsində ölən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı olub.
“Report”un əldə etdiyi məlumata görə, G.Əmiraslanlı Dövlət Agentliyinin “ASAN Viza” sistemində çalışıb.
Qeyd edək ki, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumata görə, fakta görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda gənc qız özünü binadan atdı
Bakıda məhkəmədə dava: Nəzarətçilər araya girdi
Qaxdakı yanğın məhdudlaşdırılıb
Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO
Azərbaycanda evli kişidən İYRƏNC ƏMƏL: Xəyanətini çəkib, arvadına izlətdirdi
AMEA-nın 41 yaşlı alimi intihar edib? - Yenilənib
Şabranda meşədə güclü yanğın başlayıb