Dəhşətli görüntülər: 10 qutu siqaret çəkəndən sonra ağciyər hansı vəziyyətə düşür? (VİDEO)
Siqaretin zərərli olduğunu hamımız bilirik və praktikada da bunu müşahidə edirik.
Bu vərdiş bir çox xəstəlikləri, o cümıədən xərçəng xəstəliyini törədən səbəblərin arasında ön sıralardadır.
Tütün məmulatlarının insan orqanizminə vurduğu zərərlə bağlı çoxlu araşdırmalar var. Bütün bu araşdırmalar bu məhsulların nə dərəcədə zərərli və təhlükəli olduğunu üzə çıxarır.
Bəs siqaret çəkən adamların ağciyərlərində nə baş verir? Ağciyərə daxil olan tüstü orada hansı izləri buraxır? Bu suallara cavab axtaranlar aşağıdakı videoya baxmalıdırlar. Videoçarxda sadəcə, 200 ədəd (10 qutu) siqaretin ağciyəri hansı günə qoyduğu göstərilir. Bunu aydınlaşdırmaq üçün tədqiqatın müəllifi maraqlı bir təcrübə keçirib: O, donuzun ağciyərini götürüb və daha sonra ona nasos qoşaraq tüstünü ağciyərə vurub.
200 ədəd siqareti “çəkəndən” sonra tədqiqatçı ağciyəri kəsib içərisində baş vermiş dəyişikliyi göstərir. Ortaya çıxan mənzərə insanı dəhşətə gətirir. saglamolun.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq