"Dəfələrlə yaralansa da, cəbhəyə qayıtdı" - VİDEO
İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb.
Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.
Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın alınmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü isə yaralanıb.
Mövzu ilə bağlı daha videomaterialı təqdim edirik:
https://youtu.be/eS-s8wU8oqs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"