Çox çörək yemək qadınlarda sonsuzluq riskini artırır
Kolumbiya Universitetinin professorları çox çörək yeyən qadınlarda sonsuzluq riskinin artdığını açıqlayıblar. Hamilə qala bilməyən 188 qadının iştirak etdiyi araşdırmada qlutenli qidalar yeyən qadınlarda sonsuzluq riskinin 6 dəfə çox olduğu müəyyənləşdirilib.
Qlutenlə ən zəngin qidanın çörək olduğunu bildirən alimlər ana olmaq istəyənlərə çörəkdən az istifadə etməyi məsləhət görüblər.
Alimlərin sözlərinə görə, həddən artıq qluten qəbul edən kişilər də eyni problemlə üzləşirlər. Onların ata olmaq şansı 30 faiz azalır.
Çörəyin sonsuzluqla yanaşı, uşaqsalmaya, menstruasiya ilə bağlı problemlərin yaranmasına səbəb olduğu deyilir.
Qluten maddəsinin bəzi kosmetik vasitələrin tərkibinə də vurulduğunu bildirən həkimlər qadınların xüsusilə dodaq boyalarına qarşı diqqətli olmalarını tövsiyə edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq