Corc Kluni dostlarına 14 milyon dollar payladı
Aktyor Corc Kluni məşhur olmamışdan öncə ona yardım edən 14 dostuna borcunu ödəmək üçün hərəsinə 1 milyon dollar pul verib.
“MediaPost” xəbər verir ki, Kluni bu barədə ilk dəfə danışıb.
O, dərgilərin birinə verdiyi müsahibədə bunları deyib:
“Sahib olduğum tək şey 35 il boyunca mənə bu və ya digər şəkildə yardım edən adamlardır. Onlarsız indi sahib olduqlarımın heç biri olmazdı. Başıma bir iş gəlsə, hamısının vəsiyyətimdə yer alacağını deyirdim. Sonra fikirləşdim ki, niyə başıma bir şey gəlməsini gözləyirəm ki? Onlara pulları nəğd verdim”.
Kluninin dostları sırasında Qrant Heslov, Riçard Kayn, Tommi Hinkli kimi tanınmış şəxslər də var.
Qeyd edək ki, hazırda 42 yaşlı ingilis vəkil Amal Kluni ilə evli olan Kluni onunla 2014-cü ildə ailə qurub. Cütlüyün 2017-ci ildə Ella və Aleksandr adlı əkiz uşaqları dünyaya gəlib.
gb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!