"Corc artıq himayəmdən çıxıb" - Roza Zərgərli
“Hər kəs öz keçmişinə baxsın. Roza Zərgərli heç vaxt nədənsə reklam tutmur. Adım brenddir. Nə istəsəm, istədiyim anda reytinq verərəm ki, bu, hər bir müğənnini, aktyorun canı üçün deyil. Təki əməlləriniz mənimki kimi olsun”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Səhər mərkəzi” proqramında deyib. Sənətçi övladlığa götürdüyü aktyor Corc və qardaşı Jerarın ev alması haqda yayılan qalmaqala aydınlıq gətirib. Roza bildirib ki, onları rəsmi övladlığa götürməsə də, himayədarlarıdır:
“Mən 24 yaşlarına kimi onların sağlamlığına, qəza törətmiş olsalar, pis əməl etsələr ona mən cavabdehəm. Bəzi qanuni məsələləri bilməyənlər nə gəldi yazıb, insanlarda fikir formalaşdırırlar. Adamı yaxşılıqdan iyrəndirirlər. Qızımın 29 yaşı var. Corc və qızım himayədarlıqdan çıxdı. Jerar isə 23 yşındadır, gələn il o da çıxacaq. Yenidən övlad götürmək istəyirdim, amma artıq istəmirəm. Övladlıq sözünü özümə yaraşdırmıram. Hər zaman deyirəm ki, bioloji ana deyiləm. Analıq sözünü götürə bilmirəm. Himayədar olsam da, onlar mənim övladımdır. Onları yaxın bilməsəydim, başına sığal çəkib yanımda saxlamazdım”.
Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerara uşaq evində böyüdükləri üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mənzil verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi