Con Bolton Azərbaycan Prezidenti ilə nəyi müzakirə edib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ilə bağlı “Azərtac”-ın müxbirinin suallarını cavablandırıb.
-ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz?
-Dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstək və töhfə təqdir olundu. Həmçinin ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu.
Görüşdə dövlətimizin başçısı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədrlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd olundu.
-Görüş çərçivəsində regional məsələlərə dair nə kimi müzakirələr aparıldı?
-Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər barədə də fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlətimizin başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri var.
Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ali prinsiplərini rəhbər tutaraq qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?
Sabah Bakıda 39 dərəcə isti olacaq
Pənah Hüseyn DTX-ya çağrıldı
Şəkidə 30 yaşlı qadın intihara cəhd edib
İlqar Məmmədovla bağlı vacib qərar
Xocavəndin Tsakuri kəndinin adı dəyişdirildi
"Patı"nın insan orqanizminə təsir göstərən fəsadları açıqlanıb