Coli məşhur reperlə sevgilidir?
Hollivud ulduzu Ancelina Coli özündən 15 yaş kiçik reper “The Weeknd”lə münasibətdə olması ilə bağlı iddialara aydınlıq gətirib.
Minval.info xəbər verir ki, bir neçə ay əvvəl birlikdə eyni məkanlarda görüntülənən aktrisa və reper bununla bağlı hər hansı açıqlama verməyib.
Lakin ötən gün Coli “E! ‘S Daily Pop”a verdiyi müsahibə zamanı “The Weeknd”lə əlaqəsinin hansı məcrada olmasına dair sualı cavablandırmalı olub. Bununla belə, o, şayiələrə aydınlıq gətirmək əvəzinə münasibətlərini müzakirə etməkdən qaçmağı seçib. Aktrisa aparıcının “Övladlarını daha çox sevindirən nə olub: “The Eternals” filmindəki rolu, ya “The Weeknd”lə olan dostluğu?” sualını belə cavablandırıb:
“Onlar bu film üçün çox həyəcanlıdırlar. Əgər, demək istədiyin budursa…”.
Qeyd edək ki, paparatsilər Colinin reperlə olan münasibətindən əmin olduqları kimi, keçmiş həyat yoldaşı Conni Li Millerlə də görüşdüyünü diqqət mərkəzində saxlamağa çalışırlar.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır