Çingiz Xan rolunu oynamaq istəyərdim – Kamran Ağabalayev
Bu gün kino günü ilə əlaqədar olaraq müsahibəmiz aktyor, dramaturq, ikinci rejissor kimi tanınan Kamran Ağabalayevlə oldu.
Kamran bəy, illər öncə kirayə kaset yeri açmısınız. Sizi buna vadar edən nə idi? Kinoya sevgi yoxsa, pul qazanmaq istəyi?
“ İkisi də paralel… Həm pul qazanmaq istəyi, həm də kinoya sevgi… Ümumiyyətlə, mən sırf o işə görə bir çox kino adamlarını tanımışam, peşman deyiləm. Kventin Tarantino da nə vaxtsa kaset işi ilə gəlib kinomotografiyaya. İlk dəfə 17 ədəd kosetlə başladım. 17 min kaset yerini disklərə verdi. Bitirdikdə isə 17 mindən çox diskim var idi. Sonradan o biznesi satdım”.
Müsahibələrinizin birində qeyd etmisiniz ki, mən mistikaya inanıram. Mistikanın gerçək olduğunu necə sübut edə bilərsiniz?

“ Həyatımız hər gün mistikadır. Bu günləri yuxudan durmusunuz. Bu prosesə müvəqqəti ölüm də deyirlər. Bu zaman həyat mistika deyilmi? Hər şey mistikaya bağlıdır. Ümumiyyətlə, insan beyni, şüuru olmayan şeyi necə düşünə bilər? Fakt olaraq bu günki hadisələr göstərir ki, bütün bunlar öncədən olub. Covid – 19 – la bağlı olan film yadınızdadır? Bütün dünya bu filmdən danışır. Bu günki situasiyanı göstərdi bizə. Avatar filmində bir çox şeylər olub. Bu film islam aləminə çox yaxındır.Təbəssül duasından tutmuş bir çox islam ənənələrini özündə göstərir. Amma açıq aydın deyə bilirlər ki, bu, islam adət- ənənələridir? Xeyr. Deməməlidirlər. İnsanların öz beynləri var. Axtarıb tapsınlar”.
Siz nə vaxt hiss etdiniz ki, məşhursunuz? Artıq insanlar sizi tanıyır.

“Mən hələ də onu hiss etmirəm. Onu hiss etməyi, yaşamağı da düşünmürəm. Mən sadəcə sevdiyim işlə məşğulam. Və o mənə bəs edir“.
Kamran bəy, Xəzər Süleymanlı ilə səsləndirdiyiniz şeir çox bəyənildi. Qiraətçilik sizin üçün nədir və özünüzü qiraətçi adlandırırsınızmı?
“Qiraətçilik mənim üçün hobbidir. Mən heç bir halda özümü qiraətçi adlandırmaram. Mən qiraətçi deyiləm, mən aktyoram. Sadəcə olaraq formada qalmağım üçün köməyimə gəlir. Əvvəllər meyxana da demişəm. Mən yaşadığım məhlə meyxana sevərlərin məhləsi olub. Bu günləri bir çox ziyalımız meyxananı sevməsə də, mən meyxananı sevirəm” .
– Məsləhət görə biləcəyiniz 3 film hansıdır?
– “Old boy, “Душа”(Duşa) və Azərbaycan filmi olan Bir cənub şəhərində“
Sizcə yaxşı rejissor və aktyor olmaq üçün diplom və təhsil vacibdir?
“Təhsil vacibdir, diplom yox. Bizdə diplomlu aktyorlar çoxdur, xaricdə isə diplomsuz… Fərqə özünüz baxa bilərsiniz”.
İndiyə qədər hansı rolu oynamaq istəmisiniz amma hələ ki, oynamamısınız?
“Çingiz Xan rolunu oynamaq istəyərdim”.
Nərminə Məmmədova
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!