Çingiz əlioğlunun vida mərasimi: Ədəbiyyat dünyası dərin kədərdə
Əməkdar incəsənət xadimi və tanınmış şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn edilib. Mərhumla vida mərasimi Təzə Pir məscidində baş tutub.
Minval.info xəbər verir ki, vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, ədəbi və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətindən bəhs ediblər. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Çingiz Əlioğlunun yarım əsrlik ədəbi fəaliyyətinin ciddi araşdırma mövzusu olacağını vurğulayıb.
Xalq yazıçısı Anar, mərhum şairlə olan yaxın dostluq münasibətlərindən danışaraq, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb. Yazıçı Seyran Səxavət isə Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu qeyd edib.
Mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev, mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Xatırladaq ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əvəz Zeynallının dəfn mərasiminin vaxtı və yeri açıqlandı
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı