Çingiz Əlioğlunun vəfatının 40-cı günü yad edilir
Bu gün Azərbaycanın tanınmış şairi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun vəfatından 40 gün keçir. Çingiz Əlioğlu 29 iyun 1944-cü ildə Füzuli şəhərində dünyaya gəlib. O, ədəbi fəaliyyətinə 1967-ci ildə “Gənc qələmlər” toplusunda dərc olunan “Xatirələr” şeiri ilə başlamışdır.
Minval.info xəbər verir ki, Çingiz Əlioğlu şeirlər, hekayələr, publisistik yazılar və bədii tərcümələr müəllifi kimi tanınır. Onun əsərləri bir çox dillərə tərcümə edilmişdir. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülmüşdür.
Çingiz Əlioğlu uzun illər “Gənclik” nəşriyyatında və Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə çalışmış, Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi olmuşdur. O, həmçinin müxtəlif beynəlxalq ədəbi tədbirlərdə Azərbaycanı təmsil etmiş və Beynəlxalq “Kalevala” Cəmiyyətinin üzvü olmuşdur. Şair bu il avqustun 9-da vəfat etmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb