Çində gəmi batıb, ölənlər və itkin düşənlər var
Çin sahillərində yük gəmisinin batması nəticəsində ekipajın bir neçə üzvü həyatını itirib.
Bu barədə Minval.info xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə nəticəsində daha bir neçə nəfər itkin düşüb.
“Tianfeng 369” yük gəmisi Çinin şərqindəki Şandun əyalətinin Yantay şəhəri sahillərində batıb. Hadisə zamanı gəmidə 14 ekipaj üzvü olub, onlardan 9-u ölüb, 2-si itkin düşüb, 3-ü isə xilasedicilər tərəfindən xilas edilib.
Çin Nəqliyyat Nazirliyinin “Beihai” Xilasetmə Bürosunun yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı yerli vaxtla saat 04:43-də bildiriş alınıb, sonra bölgəyə xilasetmə əməliyyatı üçün helikopter və gəmi göndərilib.
Açıqlamada itkin düşən 2 ekipaj üzvünün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!
Finlandiyadan Ukraynaya 290 milyon avroluq hərbi yardım