Çində COVID-19-a yoluxmuş şəxslər bu dərmanla sağalıb
Uhan şəhərində yaranan və dünyaya sürətlə yayılan COVID-19 pandemiyasına qalib gəlmək üçün Çin səhiyyəsi yeni dərman müəyyənləşdirib.
“Favipiravir” adlı dərman koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirib.
Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zhang Xinmin bildirib ki, “favipiravir” dərmanı COVID-19 virusuna qarşı mübarizədə təsirli rol oynayır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, adı çəkilən dərman mülayim və nizamlı hallar üçün bərpa müddətini 11 gündən 4 günə endirir.
Yaponlar tərəfindən hazırlanan “favipiravir” dərmanı 2014-cü ildən bəri Yaponiya və bəzi ölkələrdə satışa çıxarılıb.
Son rəqəmlərə əsasən, Çində koronavirusa yoluxmuş 81 mindən çox insandan 69 min 716 nəfər sağalmağı bacarıb. Ölənlərin sayı isə 3241 nəfər təşkil edir. (BAKU.WS)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda