Çin ÜST-ə koronavirusun yaranma səbəblərini araşdırmağa imkan vermir
Çin höküməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranma səbəblərinin araşdırılmasında iştirak etmək istəyi ilə bağlı müraciətlərini rədd edir.
“Sky News” xəbər verir ki, bunu təşkilatın Çin üzrə nümayəndəsi Qoden Qalea bildirib.
O, əlavə edib ki, yeni epidemiyaların qarşısını almaq üçün ÜST koronavirusun yaranma səbəblərini bilməlidir.
“Çinin artıq araşdırma apardığından xəbərdarıq. Lakin biz dəvət edilməmişik. Buna baxmayaraq, yenə də müraciət edirik, lakin cavab görmürük”, – deyə təşkilatın nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Çin ÜST-ə koronavirusun yayıldığı Uhan şəhərində yerləşən iki virusoloji laboratoriyanın müvafiq sənədlərini təqdim etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə küçəyə çıxmaq 4 gün qadağan edildi
Suriyada Rusiya və İran silahlıları arasında atışma: 2 ölü, 4 yaralı var
İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Səudiyyə Ərəbistanında qadınlar kişiləri öz "silahı" ilə vurdu