Çin-İran əlaqələri: ABŞ bazasının görüntü qalmaqalı
İranın Çindən ABŞ bazasının peyk görüntülərini əldə etməsi ilə bağlı Vaşinqtonda ciddi iddialar irəli sürülüb. İyul ayında İordaniyada yerləşən ABŞ bazasına raket hücumundan əvvəl və sonra İranın bu görüntüləri əldə etdiyi bildirilir.
Minval.info xəbər verir ki, ABŞ rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri bu məlumatı yayıb. İyulun 17-də İranın İordaniyanın şimal-şərqində yerləşən Müvəffəq-Səlti aviabazasına ballistik raketlərlə hücum etdiyi və nəticədə üç ABŞ hərbçisinin həyatını itirdiyi, dörd nəfərin isə yaralandığı qeyd olunur.
ABŞ rəsmiləri, Donald Tramp Administrasiyasının Çin nümayəndələrini İrana peyk görüntüləri verə biləcəkləri barədə xəbərdar etməsindən sonra bu hücumun baş verdiyini bildirir. May ayında ABŞ, Çinin “MizarVision”, “Earth Eye” və “Chang Guang” şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Lyu Çan isə bu ittihamların qərəzli olduğunu və Çin-İran əməkdaşlığının beynəlxalq hüquq normalarına uyğun olduğunu bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır