Çimərliklər həftəsonu fəaliyyət göstərməyəcək? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həftəsonu çimərliklərdən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. Vətəndaşlar əvvəlki günlərdə olduğu kimi qaydalara əməl edərək çimərliklərdən istifadə edə bilərlər.
Qeyd edək ki, cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib. Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kredit götürmək istəyənlərin nəzərinə - Şərtlər dəyişir
Bakıda bir gecədə 600 “parkovşik”i polisin reydindən qaçıran kimdir?
Azərbaycanın 5 erməni hərbçini qaytarmasına Aİ-dən REAKSİYA
Bakıda məhkəmə sədrinin ailəsində faciə
Ermənilər yenə qəbiristanlığı vurdu - Fotolar
“Güllə qucağımda balama dəydi, son dəfə “ay ana” dedi” – Video