Cici hadid və bredli kuperin gizli evliliyi: Nyu-Yorkda sirli mərasim iddiası!
Dünyaca məşhur model Cici Hadid və tanınmış Hollivud aktyoru Bredli Kuperin gizli şəkildə nikah bağladıqları barədə iddialar yayılıb.
Minval.info xəbər verir ki, “The Sun” nəşri bu məlumatı cütlüyə yaxın mənbələrə istinadən yayıb. İddialara görə, cütlük keçən ay Nyu-Yorkda gizli bir mərasimlə evlənib. Bu xəbəri gücləndirən faktlardan biri də ötən həftə Nyu-Yorkda keçirilən qapalı bir ziyafətin onların evliliyi münasibətilə təşkil edildiyi ehtimalıdır.
Bundan başqa, Cici Hadid və Bredli Kuperin Parisdə gəzinti zamanı adsız barmaqlarında nişan üzüklərinə bənzər üzüklərlə görüntülənməsi də evlilik şayiələrini daha da artırıb. Lakin, hələlik nə model, nə də aktyor bu xəbərlərlə bağlı rəsmi açıqlama verməyib. Bu səbəbdən onların evləndikləri barədə məlumat hələlik təsdiqlənməyib.
Xatırladaq ki, cütlük bir müddətdir münasibətdədir və şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!