"Cibim pul gördü, başladım evə gəlməməyə" - Elçin

“Çox yaxşı uşaq olmuşam, amma 8-ci sinfə qədər: dərs oxuyan idim. Valideynlərim məktəbə gedəndə, müəllimlər deyirdilər gəlməyin, onunla bir problem yoxdur”.
Minval.info xəbər verir ki, bu szöləri müğənni Elçin Cəfərov “Özəl” proqramında deyib. Sənətçi uşaqlıda valideynlərini incitməsindən danışıb:
“Oğlan övladlarında bir yaşdan sonra dəyişmə olur. Məndə isə dəyişmə yox, lap dönmə oldu. 13 yaşımdan toylara getdim. Cibim bir az pul gördü. Bəlkə bunla bağlıdır, yolumu dəyişdim. Gecələr telefonu söndürürdüm. Bunlar məni incidən hadisələrdir. Çünki evdəkiləri incitmişəm. Bu gün hər şey yaxşıdır”.
Elçin verilişlərdən də gileylənib. O bildirib ki, hər proqrama qatılmayacaq:
“Məni narahat edən suallar verən aparıcıların verilişinə getməyəcəm. Əvvəl o verilişlərdə iştirak edirdim, qıcıqverən sual deyirdilər. Ya kiməsə nəsə deməliyəm, ya da… Abrıma sığınıb cavab vermirdim. İndi səbrim tükənib. Ən yaxşısı getməyim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!