ChatGPT istifadəçilərinə sərbəst ünsiyyət imkanı: Mesaj limitləri aradan qalxır!
OpenAI, gələn həftədən etibarən ChatGPT-nin ‘Free’ və ‘Go’ hesablarında mətn əsaslı söhbətlər üçün mövcud olan mesaj limitini aradan qaldıracaq. Bu dəyişikliklə, istifadəçilər mətn üzərindən ChatGPT ilə sərbəst şəkildə ünsiyyət qura biləcəklər.
Minval.info xəbər verir ki, fayl və şəkil əlavə etmə, şəkil yaratma funksiyası və səsli rejim üçün mövcud limitlər isə qüvvədə qalacaq. Şirkət, həmçinin ‘GPT-5.6 Luna’ modelini ‘Free’ və ‘Go’ hesabları üçün standart model olaraq təqdim edəcək. Bu yeni model, indiyədək standart olan ‘GPT-5.5 Instant’ı əvəz edəcək.
Bundan başqa, ChatGPT-ə ‘Think’ düyməsi əlavə ediləcək. Bu funksiya aktiv edildikdə, model cavab hazırlamaq üçün daha çox vaxt sərf edəcək və bu imkan da ‘Free’ və ‘Go’ istifadəçiləri üçün limitsiz olacaq.
OpenAI, eyni zamanda Plus və Pro istifadəçiləri üçün də yeniliklər təqdim etməyi planlaşdırır. Şirkət, ‘GPT-5.6 Sol’ modelini gündəlik istifadə üçün optimallaşdıracaq və istifadəçilərə cavabların hazırlanmasına ayrılan düşünmə vaxtını tənzimləməyə imkan verən yeni sürgü funksiyası təqdim edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır