Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”.
Musavat.com istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, – o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib