Ceki Çanın Bakıya gəlişi: Əfsanəvi aktyorun dublyoru şəhəri qarışdırdı!
Əfsanəvi aktyor Ceki Çan bu səhər Bakıya gəlib. O, paytaxtdakı hotellərdən birində məskunlaşıb və gün ərzində şəhərin görməli yerlərini ziyarət edəcək.
Minval.info xəbər verir ki, sabahdan etibarən Ceki Çan “Tanrının zirehi 4: Ultimatum” adlı beynəlxalq macəra filminin Bakıdakı çəkilişlərinə start verəcək. Bu filmin çəkilişləri həmçinin Qazaxıstanda da keçiriləcək.
Sosial şəbəkələrdə dünəndən bəri Ceki Çanın Bakıda olduğu iddia edilən fotolar yayılıb. Lakin həmin şəxs aktyorun özü deyil, onun dublyoru olub. Dublyor, çəkilişlərin aparılacağı məkanlarda olub və bəzi fotoların süni intellekt vasitəsilə hazırlandığı ehtimal edilir.
“Tanrının zirehi 4: Ultimatum” filminin premyerasının 2027-ci ildə baş tutması nəzərdə tutulur. Film çəkilişləri zamanı İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı kimi məkanlar da kadrlarda yer alacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!