Cecelinin konsertində karantin qaydaları sərt şəkildə pozuldu – Video
Karantin qaydaları yumşaldıldıqca Bakıda keçirilən konsertlərin sayı günbəgün artır. Azərbaycanlı sənət adamlarə toy üçün Rusiyaya üz tutduğu kimi türkiyəli məşhurlar da Bakıya axışır. Elə həmin konsertlərdən biri də şənbə günü “İstanbul Meyhane Bilgəh” restoranında baş tutub. Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb. Belə ki, konsert zamanı onlarla insan səhnənin qarşısında toplaşaraq Cecelinin ifalarının sədaları altında rəqs edib, müğənniyə sevgisini bildiriblər.
https://www.youtube.com/watch?v=nhGSTRdBcek
Müğənni gecədən görüntüləri şəxsi hesabında da bölüşüb: “Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”.

Sözügedən görüntülər isə qısa zamanda sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Çünki həmin görüntülərdən açıq-aydın görünür ki, yeni istifadəyə verilən məkanda karantin qaydaları sərt şəkildə pozulub. İnsanlar toylara icazə verilmədiyi halda bu cür konsertlərin keçirilməsini tənqid ediblər.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martın 15-dən toyların, konsertlərin, kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.
Könül
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!