Çavuşoğlu: "Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq"
“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.
APA-nın Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik. Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı ABŞ sanksiyaları noyabrın 4-dən etibarən tətbiq olunmağa başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması kimi hesab olunacaq. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton öz müttəfiqlərini noyabrın əvvəlinə qədər İrandan neft alınmasını tamamilə dayandırmaq üçün razı salmağa çalışacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda son sutkada koronavirusdan 26 nəfər ölüb
Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlar başlayır
PKK-çılar gecə uşaqları məzarlığa aparıb... - ŞOK ETİRAFLAR
Nikol Paşinyan Gürcüstanda səfərdədir
Rusiyada yaşayış binasında partlayış - Xəsarət alanlar var
Rusiyada partlayışda hərbçi ölüb