Çavuşoğlu: "Azərbaycan ərazilərinin azad edilməsi ilə region sülh şansı əldə etdi"
“Türkiyə bir çox aktual məsələlərdə, o cümlədən Suriya, Liviya və Qarabağdakı vəziyyət (Azərbaycan – red.) üzrə Rusiya ilə fəal təmasdadır. Mövqelərdə fikir ayrılıqları var, lakin tərəflər milli maraqlar çərçivəsində həssas məsələlərin qarşılıqlı şəkildə nəzərə alınması ilə konstruktiv dialoq kursuna sadiqdirlər. Bu, xüsusilə Ukraynaya aiddir”.
Minval.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Ankarada parlamentin planlaşma və büdcə komissiyasının iclasında deyib.
Çavuşoğlu vurğulayıb ki, Krım tatarlarının təhlükəsizliyi və rifahı mövzusunu izləməyə davam edəcək.
Cənubi Qafqazdakı vəziyyətə toxunan XİN rəhbəri qeyd edib ki, regionda dəyişikliklərə ümid var. “Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə region uzunmüddətli sülh üçün tarixi şans əldə etdi”, – Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Türkiyə diplomatiyasının rəhbəri daha sonra qeyd edib ki, Ankaranın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 206-ya çatıb
Sabahdan ölkədə xüsusi rejim tətbiq olunacaq
Bakıda "BMW" ilə yoxa çıxan Elvinin meyiti görün hardan tapıldı - ŞOK HADİSƏ
Son dəqiqə - Prezident seçkilərinin vaxtı dəyişdi
Bəhramla Tahir Nazpərini ələ saldı - Video
Azərbaycanda daha 2 nəfərdə koronavirus tapıldı