Canseverin səhhətində son durum: Reanimasiya və dualar tələb olunur
Tanınmış Türkiyəli müğənni Canseverin sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumatlar gəlib. Müğənni reanimasiyaya yerləşdirilib və müalicəsi davam edir.
Minval.info xəbər verir ki, Cansever sosial media hesabında paylaşım edərək, uzun müddətdir müalicə aldığını və bu müddət ərzində ilk dəfə evdən çıxaraq dostları ilə görüşdüyünü bildirib.
Müğənni kimyaterapiya mərhələsini tamamlayıb və ilik köçürülməsi əməliyyatı keçirib. Lakin infeksiya səbəbindən səhhəti yenidən pisləşib və bir müddət reanimasiya şöbəsində müalicə alıb. Hazırda həkim nəzarətində müalicəsi davam edir.
Cansever paylaşımında tam sağalmadığını vurğulayıb və “Danışa bilmirəm, yaza bilmirəm. Davamlı zərdab, antibiotik və dərman qəbul edirəm. Həmişə uzanıram. Təzyiqim aşağıdır, tez-tez hərarətim yüksəlir” sözlərini qeyd edib. O, sevənlərindən dua etmələrini xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır