"Camaatdan pul yığıb müğənnilərə xərclənməlidir" - Video

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, müğənni “Tarixin bir günü” verilişində sənət adamları ilə bağlı ideya irəli sürüb. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır:
“Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov “Xalq artisti” olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər”.
İfaçının bu fikirləri sosial şəbəkədə tənqid edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır