"Cahan" yeni klipi ilə diqqət çəkdi
Qonşu davası başladı: “Cahan”ın yeni klipi səs salacaq!
Uzun fasilədən sonra yaradıcılığına yeni nəfəs verən “Cahan” qrupu dinləyicilərinə yeni musiqi layihəsini təqdim edib.
Minval.info xəbər verir ki, kollektivin “Qonşudan qalma dala” adlı mahnısı və klipi artıq bütün rəqəmsal platformalarda yayımlanıb.
Mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsusdur. Aranjiman Taleh Ağayev, mix və mastering isə Tərlan Məmmədhüseynov tərəfindən hazırlanıb. Layihənin ideya müəllifi Rauf Sübhidir.
Vüqar Şəfiyevin prodüserliyi ilə ərsəyə gələn klip Qəbələ rayonunun Duruca kəndində lentə alınıb. Rejissor Aslan Qarayevin ekranlaşdırdığı layihədə Xəyal Elbəy, Elşən Salehli, Leyla Zakirova, Nubiyyə Mustafayeva, Fuad Mustafayev və Tavus Mustafayeva kimi aktyorlar rol alıblar.
Milli kolorit, yumor və ritmik süjeti ilə seçilən “Qonşudan qalma dala”nın dinləyicilər tərəfindən maraqla qarşılanacağı gözlənilir.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır