Çağla Öz 44 milyonluq qızıl qalmaqalında saxlanıldı
Təmtəraqlı toy mərasimi ilə diqqət çəkən və sosial mediada “Vanlı Kara Haydar” adı ilə tanınan iş adamı Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq çərçivəsində Mehmet Fatih Tançalanın “Türk millətini, Türkiyə Respublikası dövlətini və dövlətin qurumlarını təhqir etmə” ittihamı ilə həbs edilməsi ilə başlayan proses, çirkli pulların yuyulması maddəsi üzrə araşdırmalarla davam edir.
Minval.info xəbər verir ki, istintaqın diqqət mərkəzində cütlüyün 6 sentyabr 2026-cı il tarixində keçirilən dəbdəbəli toy mərasimi dayanır. Toyda ümumi dəyəri 44 milyon lirə olan qızıl-ziynət əşyaları, xarici valyuta və nağd pulların mənşəyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Müstəntiqlər, cütlüyün rəsmi gəlirləri ilə nümayiş etdirdikləri yüksək həyat standartı arasındakı uyğunsuzluğu əsas götürərək, toydakı sərvətin mənbəyini ortaya çıxarmağa çalışırlar. Hazırda istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır