24.01.2018 - 18:36
Maqazin
23 baxış
Cabir İmanovdan televiziyalara sərt sözlər: "Bizə dedilər ki, sizin konsert efir üçün deyil"
Aktyor AZXEBER.COM-a açıqlamasında insanların onları sevdiyini və televiziyalara ehtiyacları olmadıqlarını deyib: “Bundan əvvəl təqdim etdiyimiz “Ağanatiq” filmimiz çox uğurlu oldu. Hər bir kinonun uğuru onun kinoteatr satışdan aslıdır. Əgər kino satılmırsa, demək ki, o kino uğur qazanmayıb. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, hər kəs status yazır. O statuslar da film haqqında böyük rol oynayır. “Biri yazır ki, Ağanatiq əla filmdir”, biri də “Ağanatiqə baxdım bir qəpiklik film deyil”. Amma bizdə ikinci fikirlər çox az oldu. İctimai rəydən gedir söhbət. Ən böyük reklam insanların aralarında olan söhbətlərdir, TV-lər bunu verməsə də olar.
Cabir İmanov son zamanlar sosial şəbəkədə yayılan “Parni iz Baku” videolarından da danışıb: “Videolar ona görə yayılır ki, əvvələr televiziyalarda göstərilirdi. İndi insanlar hardasa o videoya baxmaq istəyirlər. Çıxış yolları da sosial şəbəkədir. Son zamanlar kimlərsə qeyri-qanuni yolla həmin videoların paylaşırlar. Konsertimiz hal-hazırda satışdadır, o paylaşımlar qanuni deyil. Həm də bəziləri ömürboyu bizim köhnə səhnələrimizi paylaşır”
Əməkdar artist qadağada olmalarına da münasibət bildirib: “Bəli, qadağadayıq. Amma onlar bu günə qədər heç bir addım atmayıb. Bir dəfə deyiblər ki, sizin konsert efir üçün deyil. Biz inanırıq ki, nə vaxtsa televiziyalar səhv etdiyini anlayacaqlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
19.09.2026 - 09:00
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
19.09.2026 - 08:32
