31.07.2026 - 20:27
Səhiyyə 24 baxış

Cərrahiyə otağında qeyri-etik davranış: pasiyent hüquqları necə qorunmalıdır?

Əməliyyat otaqlarında əsas diqqət pasiyentin sağlamlığına yönəlir. Lakin son zamanlar sosial şəbəkələrdə yayılan videolar, əməliyyat zamanı yüksək səslə musiqi altında trend videolarının çəkildiyini göstərir.

Minval.info xəbər verir ki, videonu paylaşan LOR həkim Rauf Haqverdiyev, bunun endirim kampaniyası çərçivəsində hazırlandığını bildirib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Əməliyyat otağında bu cür çəkilişlərin qanunvericiliyə və tibb etikasına uyğun olub-olmadığı sual doğurur. Həkim Adil Qeybulla məsələyə münasibət bildirərək qeyd edib ki, xəstənin razılığı olmadan onun sirri ictimailəşdirilə bilməz və bu, qanun pozuntusudur. O, əlavə edib ki, əməliyyat zamanı diqqəti yayındıran hərəkətlər yolverilməzdir və bu, xəstənin təhlükəsizliyinə zərər verə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: