“Cəmi 3 telekanal olsun” dedi, qalmaqal yarandı
Bəstəkar-müğənni Murad Arifin sosial şəbəkədə yerli televiziyalarla bağlı yazdığı status müzakirələrə səbəb olub.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, o, feysbukda qeyd edib ki, Azərbaycanda cəmi üç kanalın olmasının tərəfdarıdır:
“Azərbaycanda ən ideal televiziya mühiti odur ki, ölkədə 3 kanal olsun. Mütəxəssislərdən ibarət, bahalı avadanlığı olan, əlçatmazlığı, sanbalı, güclü maddi bazası, yüksək maaşı olan, hər azan-təzəni aparıcı, qonaq, ekspert, ulduz kimi təqdim etməyən 3 kanal. Bəli, mövcud reallıq üçün cəmi 3 telekanal.
Onsuz da bildiyimiz rəqabət yoxdur, olası deyil. Kütləvi şəkildə qonşularımıza baxırıq, xəbərlər əsasən “copy/paste”. Tutalım ki, bunlar taleyimizdir, olsun…
Birləşdirin hamısını, cəmi 3-nü düzəldin, amma kanal kimi kanal olsun. “Filankəsi televizorda göstəriblər, filankəs filan kanalda işləyir”,- deyə bir həyəcan qayıtsın həyatımıza… Prestij qayıtsın televiziyaya!
9-10 dənə kasıb dekoru, kasıb qrafikası olan, keyfiyyətsiz trendlərdən, sosiska-kolbasa və tolkuçka köşklərinin qəpiq-quruşundan asılı kanal yox, keyfiyyəti ilə qonşularımıza azca yaxın olan 3 kanal olsun. Cəmi 3 kanal! Bəsimizdir”.
Sözügedən posta tanınmış prodüser Oktay Əliyev şərh yazıb. O, sosial şəbəkələrin bayağılığı təbliğ etdiyini vurğulayıb:
“Ən müasir texnikası, bol texniki heyəti, yüksək maaşı (8-15 min AZN arası), ildə 40 milyon AZN büdcəsi olan AzTV, 25 milyon AZN büdcəsi olan İTV var. Və?
Ən səviyyəsiz mahnıları, xəbərləri sosial media yayır. Yoldan keçən hər kəs özünə yutubda bir “TV” açıb , ağzına gələni, gözünə görünəni danışır. Amma bir adam bu günə kimi onlar haqqda bir söz yazmır. Gəlin qıran qabın səsi çıxmır”.
M. Arif daha sonra həmin yazısının şərh bölməsinə əlavə edib:
“Mən televiziyanın bir estetika, mədəniyyət olaraq tezliklə tarixə düşəcəyini görürəm. TV yalnız bahalı “entertrainment” məkanı kimi mövcuddur ölkələrdə…
Xəbər sektorunu onsuz da yutub və şəbəkələr qapdı. Bəli, Rusiya, Türkiyə, lap ABŞ, Fransa, İngiltərədə də ənənəvi media informasiya kontekstində internet mediasına uduzmuş durumdadır.
Bu reallıqda ölkəmizdə də 3 keyfiyyətli kanal olsun deyirəm. Vizualına, keyfiyyətinə, əyləncəsinə görə”.
TV aparıcısı, jurnalist İradə İsaq ifaçının şərhinə belə rəy verib: “Televiziya ölkənin problemlərinin müzakirəsi, informativliyi üçün yalnız maraqlı ola bilər. Məhz elə sosial şəbəkələr əyləncə ilə doludur. Amma doğru xəbərləri, analizləri izləmək üçün insanlar TV-ni axtarır. O da olmadığına görə kimsəyə gərək deyil artıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!