08.03.2019 - 17:11
Tarix
24 baxış
Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid türk silahı TAPDI - FOTOLAR
Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.
“Report” xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.
Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.
Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb
12.10.2026 - 11:44
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
10.10.2026 - 13:18
Bir əsr əvvəl Nargindən qaçan türk pilot
06.10.2026 - 11:05
Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
02.10.2026 - 09:05
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş
28.09.2026 - 18:17
Hitlerin bacısı qızının ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb
25.09.2026 - 10:01