Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb
Cəlilabad rayonunda alban dövrünə aid tarixi və maddi mədəniyyət nümunəsi aşkar edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, tarixi nümunə rayon sakini, 9-cu sinif şagirdi İlham Mirələmov tərəfindən Şatırlı kəndi ərazisində tapılıb.
Yerli tarixçi Elşad Əmənov “Report”un Muğan bürosuna bildirib ki, tapıntının üzərində 2000-2200 əvvələ aid alban xaçının işarəsi var: “Bu forma Alban xaçının ilkin formasıdır. İşarənin tapıldığı ərazi qədim türk yaşayış ərazisidir”.
Tarixçi vurğulayıb ki, bu, Qərbi Azərbaycan ərazilərində olan xaç simvollarını özəlləşdirən erməni saxtakarlarına təkzibolunmaz faktdır. Onun sözlərinə görə, tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
“Ən qədim işarələr sırasında svastika və xaç simvolları xüsusi diqqət mərkəzindədir. Hər iki simvol saxsı qab nümunələri üzərində olmaqla Cəlilabad ərazisindən tapılıb. Hansı ki, həmin ərazi qədim tük yaşayış məskənidir. Kifayət qədər maddi sübutlar var”, – tarixçi əlavə edib.
ƏLAQƏLİ
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Bir əsr əvvəl Nargindən qaçan türk pilot
Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş
