Cəbrayıl döyüşlərinin Mübarizi: “Yaşma” adı gələndə düşmən qaçmağa başlayırdı...”
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılan Mübariz Qurbanzadə….
O, Xüsusi Təyinatlı Qüvvələr ki, 44 günlük Vətən Savaşında düşmənin canına vəlvələ salan, yuxusunu ərşə çəkən igid Azərbaycan oğullarından ibarət olub.
Mübariz keçdiyi döyüş yolundan danışır: “Düşmən bizim Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərini görəndə öz postlarını qoyub qaçmağa başlayırdı.Səngərdən qaçmağa imkan tapmayanlar isə elə oradaca məhv edilirdi”.
Mübariz Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanır. Buna baxmayaraq, hərbçi yoldaşları onu döyüş meydanından çıxara bilir. Yaralı halda bir müddət yenə döyüşür.
Bu gün Mübariz Qurbanzadənin səhhəti yaxşıdır. Aldığı yaralar sağalır. Qələbədə böyük pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin bir üzvü kimi ayrıca qürur hissi yaşayır.
Onu da deyək ki, hərbçimizin əmisi də Birinci Qarabağ Müharibəsində şəhid olub.
Daha ətraflı Baku TV-nin videoreportajında:
https://youtu.be/Cv2QK9lXhAk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə