Cəbhənin Tovuz istiqamətində vəziyyət necədir? - Əməkdaşlarımız Ağdamdan yazır
İyulun 17-də gecə saatlarında Tovuzun bəzi kəndləri istiqamətində erməni təxribatı davam edib.
“Yeni Müsavat” Media Qrupunun Tovuzda olan əməkdaşları xəbər verir ki, kiçik çaplı silahlardan Ağdam, Əlibəyli və Yuxarı Öysüzlü kəndləri atəşə tutulub.
Ağdamda bir neçə fərdi yaşayış evi də atəş altında qalıb. Güllələr həyətdəki ağaclara dəyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Tovuzdan olan millət vəkili Qənirə Paşayeva da axşam saatlarında kəndlərin atəşə tutulduğunu təsdiq edib.
Qeyd edək ki, 17-dən 18-nə keçən gecə isə cəbhənin Tovuz istiqamətində sakitlik olub. Ara-sıra kiçik çaplı silahlardan açılan atəş səsləri eşidilib.
Hazırda əməkdaşlarımız Ağdam kəndindəndir. Kənddə vəziyyət normal günlərdə olduğu kimi davam edir.
İlkin Muradov
Məhəmməd Türkmən




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda