"Bütün əsgərlərin toyunda təmənnasız oxuyacam"
“Bir vaxtlar oxuduğum “Gecədən sübhədək yolunu gözlədim” mahnısına “əsgər mahnısı” deyirdilər. Həmin vaxt hamı elə düşünürdü ki, həyat yoldaşım cəbhədə həlak olub. Klipdə olan obrazı çoxları indi də elə xatırlayır”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “7 canlı” proqramında deyib. Müğənni əsgərlərə söz verib. O bildirib ki, hamısının toyunda təmənnasız oxuyacaq:
“Aldığımız nəfəs, ayaq basdığımız torpağı əsgərlərə borcluyuq. Şəhid ailələrində toy olarsa, hamısına çağırsınlar, gedəcəm. Əsgərlərə söz vermişəm ki, Qarabağ azad edilsin, hamınızın toyunda təmənnasız oxuyacam. Bunu söz olaraq deməmişdim. Gedəcəm və bunla fəxr edəcəm.
Hər zaman müharibə ərəfəsində cəbhəyə gedib, konsertlər vermişəm. Evdən çıxanda oğlumla ailə üzvlərimizdən halallıq alırdıq. Deyirdik, bilmək olmaz nə olacaq. Amma fəxrlə deyirəm, kaş şəhid olardım. Övladlarım fəxr edərdi ki, anaları vətən uğrunda şəhid olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi