Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb
Dubayda dünyanın ən hündür göydələni olan Bürc Xəlifənin üzərinə Yeni Zelandiya baş naziri Casinda Ardernin şəkli yerləşdirilib.
“Report” xəbər verir ki, BƏƏ Kraystçyorç şəhərindəki iki məsciddə törədilən terror aktlarından sonra müsəlmanlara göstərdiyi dəstəyə görə Yeni Zelandiyaya bu şəkildə minnətdarlıq edib.
“Baş nazir Casinda Ardernə və Yeni Zelandiyaya bütün dünya müsəlmanlarını sarsıdan terror aktından sonra 1,5 milyard müsəlmanın hörmətini qazanan səmimi mərhəmət və dəstəyə görə təşəkkür edirəm”, – deyə BƏƏ-nin baş naziri və Dubay əmiri Məhəmməd ibn Rəşid əl Məktum “Twitter”də yazıb.
Martın 15-də Yeni Zelandiyadakı iki məsciddə törədilən terror aktları zamanı 50 nəfər öldürülüb, daha 50-si müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu