Burak Özçivit ağır xəstəliyə yaxalandı —
Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub.
Minval.info türk mətbuatına istinadən xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib.
Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib:
“Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”.
Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.
Burak həyat yoldaşı ilə bağlı psixoloqa bunları deyib:
“Mən sevdiyim qadınla evləndim, hər zaman mənə yardımçı oldu”.
Məlum olub ki, aktyor növbəti mövsüm üçün edilən təklifləri rədd edib. Burak Özçivit bir müddət ekranlardan uzaq qalacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Payız yorğunluğu: Halsızlığın gizli səbəbləri açıqlandı
Aktyor Faiq Mirzəyev oğluna möhtəşəm toy etdi
Xəyalə Quliyeva qayda pozuntusuna görə cərimələndi
48 məktəb yeni tədris ilində distant təhsilə keçir
Bakıda dəhşətli qəza: Qadın həyatını itirdi
Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı
Məşhurların olduğu təyyarə təcili eniş etdi