Burak hakim qarşısına çıxdı

İstanbulda serial çəkilişləri zamanı işçiləri söydüyü iddiası ilə 4 il 1 aya qədər həbs cəzası tələb edilən aktyor Burak Özçivit hakim qarşısına çıxıb.
Minval.info xəbər verir ki, Beykoz 3-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda həbssiz mühakimə olunan Özçivit iştirak edib. Şikayətçilərin də yer aldığı prosesdə tərəflərin vəkilləri qatılıb.
Pandemiya səbəbindən saat 14:30 radələrində başlayan dinləmələrdə mətbuat üzvlərinin iştirakına icazə verilməyib.
Təxminən 3 saat davam edən iclasdan sonra Burak Özçivit KİV-in suallarını cavabsız qoyaraq Beykoz Ədliyyəsini tərk edib.
Beykoz Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Burak Özçivit şübhəli olaraq iştirak edib. Qeyd olunub ki, Mehmet K., Turgay A., Atakan Ö. və Okan Ş., Beykoz Rivada çəkilən “Kuruluş Osman” serialında kulisdə çalışan əməkdaşlar olub.
8 dekabr 2020-ci ildə serialın baş rol ifaçısı Özçivitin olduğu çadırdan çıxaraq şikayətçilərə söyüş və təhqiramiz sözlər dediyi qeyd edilib. Şikayətçilərin şahid qismində gətirdiyi şəxslərin hadisəni təsdiqlədiyi bildirilən iddianamədə şübhəli Burak hadisənin baş vermədiyini ifadə etdiyi vurğulanıb.

Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır