Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi - FOTO
Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.
Minval.info xəbər verir ki, alboma Kazımovanın “Nirvana”, “Oderjima”, “Tarantino” kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu “Azərbaycan”, Filip Kirkorovla olan dueti “Jan Azərbaycan!” da albomda yer alıb.
Məşhur “Sus” mahnısının rus dilində olan və “Pust” adlı versiyası da alboma daxil edilib.
Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb – azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.
Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub.
“Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. “BEAT Music”in prodüseri Rüstəm Rzayevin sözlərinə görə, o, Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır