"Bunları yazan şərəfəfzalar" - İradədən onlara cavab
Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni görünüşünü tənqid edənlərə cavab verib.
Axşam.az xəbər verir ki, saçlarını açıq rəngə boyatdıran ifaçı bu görünüşünə görə ona yazılan mənfi şərhlərə belə reaksiya verib:
“Yenə “inciməyin, sizi bəyənirəm, sevirəm, amma bu görəsən güzgüyə baxmır? Təcili, imkan varsa dəyişin…”… Bu kimi qəlb gözləriylə baxıb, yazan şərəfəfzalar… Başqa insanların hüzurlu hallarını görüncə mənim içim sonsuz sevinclə dolur. Müzakirə və üsyan etmirəm, nə yediyinə-içdiyinə, saçına-başına, geyindiyinə baxıb, neqativ duyğu məktubu yazmıram. Məni qoyaq bir kənara.
Deyirəm, insanların seçimlərini bu cür həddini bilmədən yönləndirməyə çalışmaq, təndiq etmək nə qədər ayıb bir şeydir. Əvvəlcə silməyəcəkdim yazdıqlarını, sonra o mənfi, qüsur axtarmaq üçün baxanları səhifəmdə görmək istəmədim. “Onların həyata baxışlarını mən dəyişdirə, onları müalicə edə bilmərəm” deyib, sildim. Bağışlayın, amma başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm. Ən gözəli bu insanlardan uzaqlaşmaq, özümüzdən uzaqlaşdırmaq, əsəbləşməmək, üzülməməkdir. Sizə pis söz söyləyib pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın! Boş verin! Gözəl baxan, mütləq gözəl görər. Əslində hər insan bir aləm, bir sözdür. Hər insan öz aləmindən bir parça göndərmiş olur bizlərə. İnsanın ürəyi sözünü, özünü əks etdirir. Həyat çox gözəldir. Həyatı, yaşamı çətinləşdirən biz insanlarıq. Əslində həyat öz axarında axıb gedir, biz insanlarsa, mızırax qoyuruq. Bu həyat yolunda, tikanlı kollara dəyməmək üçün mütləq ətəklərinizi qaldırın və keçin. Heç kimə də hesab vermək məcburiyyətində deyilsiniz. Ürəyinizdən, içinizdən keçdiyi kimi yaşayın. Yeter ki, sataşmadan, qəlb qaraltmadan yaşayın. Unutmayın, baxdıqları bizlər, gördükləri isə onlardır. Çox xoşbəxt olsunlar onlar da, biz də, inşallah”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevinc seksual geyimi ilə kişiləri başdan çıxardı - VİDEO
"Mahnımı verim, oxuyub tutuzdursun" - Xatirə söz atdı
Xalq artisti bir neçə xəstəlikdən əziyyət çəkir: "Deyəcəklər ki, yolçudur"
Nura Surinin masaj salonundan görüntüləri yayıldı - Video
"Geyim soğan qabıağı kimidir" - Vüsalədən geyimini tənqid edənlərə
Bülent Ersoyun 1.5 milyonluq məzarının hazırlıqlarına başlanıldı - VİDEO
Azərbaycanlı yazıçı Xalq artistinin oğlunu polisə verdi